Yusif Eyvazov Rusiyada şousu ilə hər kəsi təəccübləndirdi

Yusif Eyvazov Rusiyada şousu ilə hər kəsi təəccübləndirdi

0 rəylər

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun NTV-də yayımlanan məşhur “Maska” şousunda çıxışı maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, opera ifaçısı şounun finalında lama obrazında tamaşaçı qarşısına çıxıb. Rəqqasların müşayiəti ilə yarışmada performans göstərən Eyvazovun çıxışı münsifləri və tamaşaçıları təəccübləndirib.

O, İsrailə “Avroviziya”da birincilik gətirən “Diva” və məşhur “Ave Maria” bəstəsini səsləndirib.

“Dünən şounun ikinci mövsümü ilə vidalaşdıq. Nə deyə bilərəm? Bu, 4 aylıq işimi, yaşadığım bu xoşbəxtliyi, layihədə taleyin məni bir araya gətirdiyi ecazkar insanları xatırlayacağam! Gördüyün hər şey gerçək idi, hiss etdiyin hər şey də gerçək idi ...”,- deyə Xalq artisti instaqramda bildirib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)