“Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib

“Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib

0 rəylər

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art management” layihəsi çərçivəsində “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, vebinarda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, qloballaşan və müasir dünyada kreativ sənayelərin inkişaf etdirilməsi yaradıcı şəxslərlə yanaşı, birbaşa ölkənin iqtisadiyyatına böyük təsir edir.

Tədbir iştirakçılarının suallarını cavablandıran Qalib Qasımov Azərbaycan rəssamlarının həm yerli, həm xarici incəsənət bazarına çıxmağa böyük yaradıcı potensialları olduğunu xüsusilə vurğulayıb.

Xatırladaq ki, “Art Management” layihəsinə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuq və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)