Xalq yazıçısı Yusif Səmədoğlunun ədəbi irsi 90 illik yubileydə anılıb

Xalq yazıçısı Yusif Səmədoğlunun ədəbi irsi 90 illik yubileydə anılıb

0 rəylər

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Xalq yazıçısı və tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi münasibətilə Səməd Vurğunun ev-muzeyində anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən təşkil olunub.

Anım mərasimində ədəbiyyat və elm xadimləri, həmçinin mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Yusif Səmədoğlunun yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayaraq, onun müstəqil düşüncə tərzi, dərin fəlsəfi baxışı və cəsarətli ədəbi mövqeyi ilə seçilən sənətkar olduğunu qeyd ediblər.

Bildirilib ki, yazıçının əsərləri milli-mənəvi dəyərlərə söykənən, insanın daxili dünyasını incəliklə və ustalıqla əks etdirən zəngin ədəbi irsdir. Bu yaradıcılıq bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün mühüm ədəbi məktəb rolunu oynayır.

Tədbir bədii proqramla davam etdirilib, Yusif Səmədoğlunun ədəbi irsi bir daha ehtiramla yad olunub.

medeniyyet.info. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)