Çarli Çaplinin nəvəsi soyadını dəyişmək istəyirmiş

Çarli Çaplinin nəvəsi soyadını dəyişmək istəyirmiş

0 rəylər

Fantastik janrın yeni filmi Avatar: Od və külün ulduzu Una Çaplin etiraf edib ki, bir vaxtlar soyadını dəyişmək istəyib. Aktrisanın sözlərini “The Times” nəşri yayıb.

Onun sözlərinə görə, məşhur soyadı ona daim əfsanəvi babası Çarli Çaplinlə müqayisə olunmaq hissi yaşadıb. Kral Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Çaplin soyadı onun üçün həm üstünlük, həm də psixoloji yükə çevrilib.

“Əgər bu möhtəşəm insanla bağlılığım olmasaydı, bəzi qapılar heç vaxt açılmazdı. Amma olduğun yerdə özünü layiq bilməmək hissi ilə yaşamaq çox çətindir”, — deyə aktrisa daxili tərəddüdlərini bölüşüb.

“Taxt-tac oyunları”“Tabu” serialları ilə tanınan Una Çaplin bildirib ki, uzun müddət həm günahkarlıq hissi, həm də babasına qarşı dərin minnətdarlıq arasında qalıb.

medeniyyet.info. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)