Uşaqlar arasında “Planetimizi sağaldaq” adlı rəsm müsabiqəsi keçirilib

Uşaqlar arasında “Planetimizi sağaldaq” adlı rəsm müsabiqəsi keçirilib

0 rəylər

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Ümumdünya Ətraf Mühit Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə uşaqlar arasında “Planetimizi sağaldaq” adlı rəsm müsabiqəsi keçirilib.

“İçərişəhər” Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, “EU4Climate” layihəsi çərçivəsində ərsəyə gələn müsabiqə ətraf mühitin qorunmasının vacibliyi barədə maarifləndirmənin aparılmasında maraqlı olan 7-12 yaşlı uşaqlar arasında təşkil olunub.

Tədbirdə, həmçinin “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən balaca rəssamlar üçün interaktiv, əyləncəli ekoloji oyunlar keçirilib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)