Uşaq musiqi məktəbinin beynəlxalq müsabiqədə növbəti uğuru

Uşaq musiqi məktəbinin beynəlxalq müsabiqədə növbəti uğuru

0 rəylər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin xanəndə ixtisası üzrə təhsil alan şagirdi İbrahim Qasımov Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Astana Vision Contest” I Beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində uğurla çıxış edib.

Musiqi məktəbinin şagirdi münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüb. Eyni zamanda, İbrahim Qasımovun müəllimi Bəxşeyiş Mehdiyev, konsertmeysterləri Məhəmməd Hacıyev və Samitxan Mürşüdov təşəkkürnamə ilə təltif olunublar.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)