Teatr Xadimləri İttifaqından mediaya təbrik

Teatr Xadimləri İttifaqından mediaya təbrik

0 rəylər

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Mətbuat Günü münasibəti ilə mükafatlandırılma mərasimi keçirildi. Mərasimdə İttifaqın Sədri, Xalq artisti, professor Azər Paşa Nemətov, Sədr müavini, Xalq artisti, Dövlət Mükafatı Laureatı Hacı İsmayılov, media nümayəndələri və İttifaqın əməkdaşları iştirak etdilər.

Tədbiri Azər Paşa Nemətov açdı. O, Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrini təbrik etdi, mətbuatımızın tarixindən, bu günündən söhbət açdı. teatr sənətinin media nümayəndələri adlı dostlarına can sağlığı və uğurlar arzuladı. 

Sonra mükafatlarndırma mərasimi başladı.Teatr Xadimləri İttifaqının "milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə" Fəxri Fərmanı ilə təltif edilən bir neçə mədəniyyət yazarı arasında "Mədəniyyət/Culture" jurnalının əməkdaşı Samirə Behbudqızı da var.  

Media mənsublarının Fəxri Fərmanlarla təltif edilməsindən sonra Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nahidə Orucova 60 illik yubileyi münasibəti ilə «Sənətkar» medalına layiq görüldü.

Medeniyyet.info


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)