Şəhid ailələrinə və qazilərə diqqət və qayğı ilə yanaşırıq

Şəhid ailələrinə və qazilərə diqqət və qayğı ilə yanaşırıq

0 rəylər

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin imkan daxilində mədəniyyət müəssisələrində işlə təmin olunması məsələlərinə baxılır.

2021-ci ilin 29 yanvar tarixindən 31 may tarixinə kimi Mədəniyyət Nazirliyi tərəfindən 75 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib.  Onlardan 38 nəfər şəhidlərin ailə üzvü, 9 nəfər döyüşlərdə yaralan şəxs, 13 nəfər döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 5 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.

Onu da qeyd etmək istəyirik ki, işlə təmin olunanlar bundan əvvəl mədəniyyət sahəsində çalışmamış şəxslərdir.

Eyni zamanda, şəhid mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə Mədəniyyət Nazirliyinin dəstəyi ilə maddi yardım göstərilib.

Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)