Rusiyanın məşhur şousunun qalibləri azərbaycanlılar olub

Rusiyanın məşhur şousunun qalibləri azərbaycanlılar olub

0 rəylər

Rusiyanın NTV kanalında yayımlanan "Maska" şousunun qalibi açıqlanıb.

Rusiyada məşhurlaşan azərbaycanlı ifaçı Jony (Cavid Hüseynli) birinci olub.

Jony şou zamanı timsah maskası ilə üzünü gizlədib. O bildirib ki, bu şouda iştirak etməyi çox istəyib. Buna görə də yeni bir sima kimi qatılıb və alınıb da.

Şouda münsif kürsüsündə oturan Rusiyanın Xalq artisti Filipp Kirkorov Jony haqda danışaraq, onun çıxışına şad olduğunu və estradadakı estafeti ona ötürdüyünü söyləyib. Şouda ikinci yeri də Azərbaycanın Xalq artisti Yusif Eyvazov qazanıb.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)