“Qlobal turizm böhranı və davamlı turizmin yenidən qurulması” mövzusunda onlayn görüş keçirilib

“Qlobal turizm böhranı və davamlı turizmin yenidən qurulması” mövzusunda onlayn görüş keçirilib

0 rəylər

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal turizm böhranı və davamlı turizmin yenidən qurulması” mövzusunda onlayn görüş keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, görüşün təşəbbüskarı və moderatoru qurumun nəzdində fəaliyyət göstərən Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva olub.

Təşkilata üzv ölkələrin (Azərbaycan, Latviya, Slovakiya, Çexiya, Rusiya, Polşa, Yunanıstan) nümayəndələri turizm sektorunda qarşılaşdıqları problemlər və onların həlli istiqamətindəki fikirlərini müzakirə ediblər. Görüşdə, həmçinin iştirakçılara İçərişəhərdə turizmin inkişafı üçün görülən işlər barədə Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin bələdçisi Səidə Rəşidli tərəfindən təqdimat nümayiş edilib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhər 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi edib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)