"Oyuq"da növbəti dərs

"Oyuq"da növbəti dərs

0 rəylər

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının yetirmələri üçün növbəti ustad dərslərinə start verilir. Teatrın mətbuat xidmətindən medeniyyet.info-ya verilən məlumata görə mütəmadi olaraq aktyorluq sənəti, xoreoqrafiya, vokal, pantomima və bu kimi səhnə vərdişləri ilə bağlı ixtisaslaşmış kadrların apardığı və artıq müəyyən nəticələrin hasil olduğu dərslər növbəti mərhələdə davam edəcək. Studiya rəhbərliyi bu dəfə səhnə və nitq mədəniyyətinin mükəmməlləşdirilməsi, Azərbaycan ədəbi dil qayda və normativlərinin qurunub-saxlanılması prinsiplərini əsas götürüb. Belə ki, peşəkar mütəxəssislər uşaqlara dilimizin zənginliyini düzgün danışma və nitq vərdişlərini aşılamaqla praktiki göstərmiş olacaqlar. Budəfəki dərsləri Azərbaycan televiziya və radio məkanında öz sözünü çoxdan demiş peşəkar və tanınan simalar aparacaqlar. Həftəlik ustad dərslərində uşaqlar sistemli olaraq Emin Musəvi, Lalə Azərtaş, Tural Müseyibov, Azər Qismət və Azər Süleymanlıdan nitq vərdişləri ilə yanaşı televiziya və radio aparıcılığının sirlərini də öyrənməyə çalışacaqlar. Onu da qeyd edək ki, ustad dərsləri iyun-iyul aylarını əhatə edəcək.

Medeniyyet.info

 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)