Qısa videoların gizli zərəri: Diqqət dağılır, stress artır

Qısa videoların gizli zərəri: Diqqət dağılır, stress artır

0 rəylər

Qısa videoların — TikTok, Reels və Shorts formatlarının — tez-tez izlənməsi koqnitiv funksiyaların zəifləməsi və psixoloji vəziyyətin pisləşməsi ilə əlaqələndirilir. Bu nəticə Psychological Bulletin (PB) jurnalında dərc olunmuş genişmiqyaslı sistematik icmal və meta-analizin nəticələrində yer alıb. Araşdırma 71 elmi tədqiqatıntəxminən 100 min iştirakçının məlumatlarını əhatə edib.

Təhlil göstərib ki, qısa videolara yüksək maraq diqqətin fəaliyyəti ilə mənfi əlaqəlidir. Ən nəzərəçarpan təsirlər konsentrasiyanın azalmasıtormozlayıcı nəzarətin zəifləməsi olub. Bu, insanın diqqətini uzun müddət saxlamaq və impulsiv reaksiyaları cilovlamaq qabiliyyətinin zəifləməsi deməkdir. Başqa sözlə, qısa videoları intensiv izləyənlər daha tez yayınır və özünənəzarətdə çətinlik çəkirlər.

Mənfi təsirlər psixoloji rifah göstəricilərində də müşahidə olunub. Qısa videolara yüksək bağlılıq narahatlıq və stress səviyyəsinin artması, yuxu keyfiyyətinin pisləşməsiümumi özünü pis hiss etmə ilə müşayiət olunub. Bu tendensiya həm gənclərdə, həm də yetkin istifadəçilərdə qeydə alınıb.

Araşdırma müəllifləri vurğulayırlar ki, əsas risk amili sadəcə baxış müddəti deyil, qısa videoların kompulsiv — nəzarətsiz və asılılıq xarakterli istifadəsidir. Zərərli təsirlər ən çox məhz bu cür asılılıq ölçülən tədqiqatlarda üzə çıxıb.

Alimlər qeyd edirlər ki, əldə olunan nəticələr birbaşa səbəb–nəticə əlaqəsini sübut etmir, lakin qısa video məzmununun müntəzəm və nəzarətsiz istehlakının beyin və psixi sağlamlıq üçün potensial risklər daşıdığını açıq şəkildə göstərir.

medeniyyet.info. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)