Media mütəxəssisləri üçün milli dəyərlərə həsr olunmuş ustad dərsi

Media mütəxəssisləri üçün milli dəyərlərə həsr olunmuş ustad dərsi

0 rəylər

Dekabrın 23-də Muzey Mərkəzində media əməkdaşları üçün “Milli motivlər” adlı ustad dərsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ustad dərsi peşəkar rəssam Məhərrəm Əli tərəfindən keçirilib.

Ustad dərsi zamanı iştirakçılara milli ornamentlərin, ənənəvi rəng həllərinin və Azərbaycan təsviri sənətinə xas motivlərin tətbiqi barədə ətraflı məlumat verilib, praktiki nümunələr nümayiş etdirilib.

Ustad dərsi çərçivəsində media nümayəndələri rəsm əsərləri çəkərək yaradıcılıq prosesinə cəlb olunub, onlara fərdi yanaşma əsasında məsləhətlər verilib və onlara öz ideyalarını ifadə etmək üçün motivasiya yaradılıb.

medeniyyet.info. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)