Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

0 rəylər

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "BEAT Group" şirkətinin təşkilatçılığı, "VISA"nın dəstəyi ilə XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilib ki, layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə müştərək nəzərdə tutulur.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xoreoqrafı Əməkdar artist Ceyhun Qubadova məxsusdur.

Tamaşada Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.

medeniyyet.infohttp://medeniyyet.info


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)