Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası beynəlxalq moda sərgisində

Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası beynəlxalq moda sərgisində

0 rəylər

Dördüncü Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası videoformatda təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl Gülnarə Xəlilova qonaqları salamlayaraq kolleksiyanın Azərbaycanın Vətən müharibəsindəki qələbəsi şərəfinə yaradıldığını söyləyib. Onun sözlərinə görə, kolleksiyadakı hər bir obraz azad edilmiş Azərbaycanın azad edilmiş şəhərlərinə həsr olunub.

Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan və digər ölkələrdə uğurla təqdim olunmuşdu.

Qeyd edək ki, moda sərgisi çərçivəsində İsveç Milli Muzeyində və “Volvo Studio Stockholm”da ABŞ, İsveç, Serbiya, İspaniya, İtaliya, Tunis, BƏƏ, Mərakeş, Qazaxıstan, Küveyt, Argentina, Bruney, Kamboca, İndoneziya, Malayziya, Myanma, Laos, Filippin, Sinqapur, Tayland, Çin, Vyetnam və digər ölkələr dizaynerlərinin kolleksiyaları təqdim olunub.

 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)