Gənclər gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək

Gənclər gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək

0 rəylər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Heydər Əliyev sarayının təşkilatçılığı ilə 1 fevral 2022-ci il tarixində saat 18:00-da Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral – Gənclər gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək.

Sərgi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçiriləcək.

Sərginin ekspozisiyasında 40 nəfərə yaxın gənc rəssamın əsəri sərgilənəcək.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)