Azərbaycanda ilk dəfə yaradılan Prodüser Mərkəzinin  qalibləri bəlli oldu

 Azərbaycanda ilk dəfə yaradılan Prodüser Mərkəzinin  qalibləri bəlli oldu

0 rəylər

 Azərbaycanda ilk dəfə yaradılan Prodüser Mərkəzinin  qalibləri bəlli oldu

Heydər Əliyev Sarayının nəznində fəaliyyət göstərən Prodüser Mərkəzininin qalibləri müəyyən olundu. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Mədinə Ağayeva, Emin Məmmədov, Əntiqə Yusifova, Rəşad Ağayev və Kənan Məmmədzadə minlərlə istedadlı gənclərin arasında Prodüser Mərkəzinə seçilərək qalib olublar.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan Prodüser Məkəzinin əsas məqsədi istedadlı gənclərin üzə çıxarılması,müasir yanaşma tərzi ilə ictimayyətə təqdim olunmasıdır. Qalib olmuş gənclərin yeni mövsümdən mədəniyyətimizin yeni simaları kimi ölkəmizdə və xaricdə təbliğ olunması nəzərdə tutulur. Qeyd edək ki, qalib gənclərin müəyyən repertuarlarının hazırlanmasını, səs yazılışları, vokal dərsləri, səhnə hərəkətləri, fitnes xidməti, imic və stilistikasının formalaşması, klip çəkilişləri, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakı Prodüser Mərkəzi tərəfindən təmin olunacaq.

 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)