“Sotheby's” hərrac evində dünyanın ən bahalı markası satılıb

“Sotheby's” hərrac evində dünyanın ən bahalı markası satılıb

0 rəylər

Dünyanın ən köhnə filateliya distribüteri olan İngiltərə şirkəti “Stanley Gibbons” “Sotheby's” hərrac evində satışa qoyulan dünyanın ən bahalı markasını əldə edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “İngilis Qvianası” adlanan marka şirkət tərəfindən 8,3 milyon dollara alınıb.

Şirkətin yayımladığı açıqlamada bildirilib ki, bir sent nominal dəyərində olan marka Londonun mərkəzində yerləşən Strend küçəsindəki mağazada nümayiş etdiriləcək.

Qırmızı rəngə boyanmış səkkizbucaqlı markanın üzərində 3 dor ağaclı gəmi təsvir olunub. Qara hərflərlə koloniyanın latın dilində şüarı yazılıb – “Damus Petimus Que Vicissim” (Veririk və almağa ümid edirik).

Qeyd edək ki, “Filateliya şahzadəsi” kimi tanınan “İngilis Qvianası” 1856-cı ildə çap olunan markalardan olub. Londonda həmin vaxt yerli poçt tərəfindən müxtəlif nominalda 3 seriyada marka buraxılıb. Onlardan ən ucuzu, bir sentlik seriyadan olan “İngilis Qvianası” indiyə qədər qalan yeganə markadır.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)