“Yurdumuza bahar gəlir” rəsm müsabiqəsinin birinci mərhələsi başa çatıb

“Yurdumuza bahar gəlir” rəsm müsabiqəsinin birinci mərhələsi başa çatıb

0 rəylər

Xətai Sənət Mərkəzinin elan etdiyi “Yurdumuza bahar gəlir” rəsm müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

Müsabiqədə 17 yaşadək olan uşaqlar iştirak ediblər. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılıb.

Yaxın günlərdə Xətai Sənət Mərkəzində müsabiqədə seçilmiş əsərlərdən ibarət sərginin açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə elan olunub.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)