Yeni formatlı ilk ixtisasartırma kurslarının tarixi müəyyənləşdi

Yeni formatlı ilk ixtisasartırma kurslarının tarixi müəyyənləşdi

0 rəylər

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq təlimlərin vaxtı müəyyənləşib. Belə ki, “Mədəniyyət işçilərinin kreativ peşə səriştələri”, “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarında, digər mədəniyyət evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili”, “Kütləvi tədbirlərdə aparıcılıq”  və digər mövzularda ixtisasartırma kursları təşkil olunacaqdır.

Mərkəzin ilk təlimləri 22-26 aprel tarixlərində Lənkəran şəhərində baş tutacaq. Təlimə həmçinin, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qatılacaqlar. Təlimlər fərqli mədəniyyət müəssisələri ilə yanaşı Lənkəran Dövlət Universitetində də təşkil olunacaq.

“Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarında, digər mədəniyyət evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili” mövzusunda keçiriləcək təlimdə həmin müəssisələrdə  çalışan metodistlər, mədəni-kütləvi tədbirlər üzrə təşkilatçılar, dərnək rəhbərləri, həvəskar birliyin rəhbəri, maraq dairəsi üzrə klub rəhbərləri üçün nəzərdə tutulmuşdur. Kursun keçirilməsində məqsəd peşə hazırlığına nəzəri və praktiki biliklərin tədqiq edilməsi, innovasiyaların araşdırılmasıdır.

“Kütləvi tədbirlərdə aparıcılıq” mövzusunu əhatə edəcək kurs isə mədəniyyət müəssisələrində təşkil olunan kütləvi tədbirlərdə aparıcı qismində iştirak edən mədəniyyət işçiləri üçün nəzərdə tutulmuşdur. Aparıcılıq kursunun öyrənilməsi mədəniyyət işçisinin dünya görüşünün artmasına, fərdi keyfiyyətlərinin üzə çıxmasına, daha yaradıcı və innovativ inkişaf etməsinə zəmin yaradacaqdır.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verilməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində kreativ yanaşmalar tətbiq olunacaqdır.

Belə ki, mədəniyyət müəssisələrinin əməkdaşları arasında formalaşacaq kreativ keyfiyyətlər ilk növbədə səmərəli fəaliyyətin təminatı kimi çıxış edəcək, mədəniyyət müəssisələrinin sosial aktuallığının dəstəklənməsinə yardımçı olacaqdır. Kursların təşkilində mədəniyyət sahəsində ilk dəfə olaraq sosial tərəfdaşlıq təcrübəsindən geniş istifadə edilməklə mədəniyyətin digər sahələr ilə səmərəli və işgüzar inteqrasiyası təmin olunacaqdır.

Dinləyicilərə təqdim olunacaq sertifikatlar beynəlxalq standartlara cavab verəcəkdir. Belə ki, sertifikatlarda qiymətlərlə yanaşı əldə olunacaq peşə səriştələri və digər məlumatlar öz əksini tapacaqdır.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)