“YARAT”da ölkəmizə həsr edilən sənədli filmlər silsiləsi nümayiş olunub

“YARAT”da ölkəmizə həsr edilən sənədli filmlər silsiləsi nümayiş olunub

0 rəylər

“YARAT” Müasir İncəsənət Mərkəzində СВС telekanalının istehsalı olan, insan təsiri izlərinə malik müxtəlif qədim obyektlərin, qazıntılar nəticəsində tapılan arxeoloji ərazilərin öyrənilməsinə yönəlmiş “Qafqazın maddi mədəniyyət inciləri” adlı sənədli filmlər silsiləsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, filmlər toplusu Cənubi Qafqazın əhəmiyyətli bir hissəsi olan Azərbaycana həsr edilib. Məşhur elm adamlarının, arxeoloqların, tarixçilərin, mütəxəssislərin köməyi ilə layihənin yaradıcıları əsrarəngiz keçmişi araşdırmağa və əbədi suallara cavab tapmağa çalışıblar.

Layihənin rəhbəri Vüqar Xəlilovdur.

“Qafqazın maddi mədəniyyət inciləri” silsiləsindən olan ilk film bu gün CBC telekanalında Bakı vaxtı ilə saat 20:20-də nümayiş olunacaq.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)