Yaponiyanın “BT” jurnalı “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məqalə dərc edib

Yaponiyanın “BT” jurnalı “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məqalə dərc edib

0 rəylər

Vaseda Universiteti “Elm, İncəsənət və Təhsil” fakültəsinin professoru, ədəbiyyat üzrə filologiya elmlər namizədi Wakana Kono Yaponiyanın “BT” jurnalında “Sənət səhnəsi” adlı məqaləsini “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinə həsr edib. 

Məqalədə  Bakıda müasir incəsənətin hazırkı  durumundan bəhs edilib və ötən ilin noyabrın 20-dən 25-dək keçirilən dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssamın iştirakı ilə baş tutan “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak edən rəssamlar, onların işləri haqqında geniş yazı yer alıb.

Xatırladaq ki, Wakana Kono Biennale çərçivəsində keçirilən "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər" adlı konfransın iştirakçısı olmuşdur. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)