XXIV Sarayevo Film Festivalında 56 ölkədən 266 film nümayiş ediləcək

XXIV Sarayevo Film Festivalında 56 ölkədən 266 film nümayiş ediləcək

0 rəylər

Bosniya Herseqovinadakı döyüşün izlərini silmək, Sarayevonun yenidən mədəniyyət və incəsənət mərkəzi etmək məqsədilə təşkil olunan növbəti Sarayevo film festivalı başlayır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, builki XXIV Sarayevo Film Festivalında 56 ölkədən 266 film göstəriləcək.

Avqustun 10-da Sarayevodakı Milli Teatrda keçirilən açılış mərasimində çoxlu sayda aktyor, siyasətçi, diplomat, sənətçi, musiqiçi, prodüser və rejissorlar iştirak edəcək. Avqustun 17-dək davam edəcək festivalda 42 ekran əsərinin də dünya premyerası nəzərdə tutulur.

Qeyd edək ki, 1995-ci ildə 15 ölkədən 37 filmin nümayişi ilə əsası qoyulan Sarayevo film festivalı Balkanlarda ən mühüm tədbirlərdən sayılır.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)