Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək

Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək

0 rəylər

Xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyası, onların mədəni-ictimai həyatda iştirakının genişləndirilməsinə şərait yaradılması məqsədilə 12 iyul 2018-ci il tarixində saat 11:00-da Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqı və “Əlil Qadınlar” Cəmiyyətinin birgə təşkilatçılığı ilə onların yaradıcı işlərinin fərdi və qrup formasında sərgisi olacaqdır.

Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməmələri, cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamaları, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək və komplekslərdən azad olmalarına çalışmaq hamının borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, onları daima dinləməyə və anlamağa çalışmaq, onların təhsil və məşğulluq ehtiyaclarını təmin etmək lazımdır.

Tədbirə müxtəlif dövlət qurumları və beynəlxalq qurumların nümayəndələri dəvətlidirlər. Tədbirdə tanınmış mütəxəssislərin çıxışları gözlənilir, 20-ə yaxın xüsusi qayğıya ehtiyacı olan sənətkarların əl işləri, tikmə, qrafika, xalçaçılıq və s. sənət əsərlərinin nümayiş olunacağı bildirilir. Tədbirin sonunda təqdimat mərasimi nəzərdə tutulmuşdur.

Tədbirin keçiriləcəyi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi 7A (“Əlil Qadınlar” Cəmiyyətinin ofisinin yaxınlığında yerləşən park).

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)