Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində regionlararası əməkdaşlıq əlaqələri çərçivəsində konsert keçirilib

Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində regionlararası əməkdaşlıq əlaqələri çərçivəsində konsert keçirilib

0 rəylər

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib.

Regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunmuş tədbirdə öncə hər iki məktəbin direktoru Camal Həsənov və İkram Manafov öz çıxışlarında bu kimi əlaqələrin qurulmasının və tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbirdə qonaq məktəbin xor kollektivinin, fortepiano, xanəndəlik sinfi şagirdlərinin, skripka, kamança, qanun, nağara, qarmonçalanlar ansambllarının ifaları alqışlarla qarşılanıb.

Sonda xatirə hədiyyələri təqdim edilib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)