Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi və ART Qalereya açılacaq

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi və ART Qalereya açılacaq

0 rəylər

Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb. Bu barədə AZƏRTAC-a Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov məlumat verib.

O bildirib ki, artıq payız aylarında ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının rəsmi açılışı keçiriləcək.

Onun sözlərinə görə, bu hadisə Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlığın daha bir bariz nümunəsi olacaq.

Qeyd edək ki, Xarkov əhalisinin sayına görə Ukraynanın ikinci ən böyük şəhəridir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)