Xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət məcmuə çap olunub

Xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət məcmuə çap olunub

0 rəylər

Mədəniyyət Nazirliyinin sifarişi ilə Sahib Sultanovun “Xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət köçürmələr” adlı pyeslər məcmuəsi musiqisevərlərə təqdim edilib.

Müəllif kitabda ilk dəfə E.Cenkinsonun “Rəqs”, K.Bomun “Daimi hərəkət” və J.Uilyamsın “Melodiya” əsərlərini tar ilə fortepiano üçün işləyərək qərb klassik musiqisinin ruhu ilə Azərbaycan milli ruhunu sintez etməyə çalışıb.

Kitab Mədəniyyət Nazirliyinin tabeçiliyindəki aidiyyəti qurumlara paylanılacaq.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)