Xalq Artisti Elza İbrahimovanın xatirəsi anılacaq

Xalq Artisti Elza İbrahimovanın xatirəsi anılacaq

0 rəylər

Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.

Tədbirdə incəsənət ustaları bəstəkarın mahnılarını ifa edəcəklər.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)