Xalq artisti Murad Hüseynov UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalın qonağı olacaq

Xalq artisti Murad Hüseynov UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalın qonağı olacaq

0 rəylər

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tanınmış pianoçu Murad Hüseynov 16 -18 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə eyni səhnəni bölüşəcək.

Xalq artistinin çıxış edəcəyi festival gününün konsertini Baku Media Mərkəzi lentə alacaq. Festivalın partnyorları sırasında, həmçinin Bakı Media Mərkəzi və Azərbaycanın İctimai Televiziyası da yer alır.

Pianoçu festivalın formatına uyğun olaraq, klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək. Festivalın tərəfdaşları sırasında Gürcüstanın Pos TV telekanalı, İtaliyanın Gürcüstandakı Səfirliyi, “Michel Sogny” “SOS Talents” fondu , Gürcüstan Fransa İnstitutu və digər beynəlxalq təşkilatlar da var.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)