Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq

0 rəylər

Yanvarın 16-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçiriləcək.

Tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşacaq.

Gecədə sənətkarın həyata və yaradıcılığından danışılacaq, onun mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Həmçinin gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunacaq.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)