Xalça Muzeyində mühazirə keçiriləcək

Xalça Muzeyində mühazirə keçiriləcək

0 rəylər

Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Həyatını ilmələrdə yaşadan sənətkar: Zəhra Əliyeva” adlı mühazirə keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, ölkəmizin tanınmış xalçaçılarından biri, xalça texnologiyalarının mahir bilicisi və tədris ustası Zəhra Əliyevanın doğum gününə həsr olunur.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, iştirak etmək istəyənlər https://forms.gle/j8YeNXpLbFVg6ZfLA linkindən qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün qeyd edək ki, muzeyə yalnız koronavirusa qarşı I doza peyvənd olunmuş və ya COVID-19 pasportu olan iştirakçıların girişinə icazə verilir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)