"World Harmony" müsabiqəsinin qala-konserti olub

"World Harmony" müsabiqəsinin qala-konserti olub

0 rəylər

Aprelin 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilati dəstəyi ilə keçirilən "World Harmony" müsabiqəsinin qala-konserti olub.

Tamaşaçılar əvvəlcə Mərkəzi İncəsənət Məktəbinin "Alov" xoreoqrafiya ansamblınının maraqlı çıxışına baxıblar.

Sonra çıxış edən Mədəniyyət Nazirliyinin elm və tədqiqat sektorunun müdiri Vüqar Baxışov tamaşaçılaın diqqətinə çatdırıb ki, müsabiqənin əsas məqsədi gənc istedadların - vokalçıların, musiqiçilərin və rəqqasların üzə çıxarılmasıdır. O, bütün finalçıları təbrik edib, onlara gələcək yaradıcılıq uğurları arzulayıb. Qeyd olunub ki, müsabiqə Azərbaycan, Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Macarıstan və Litvadan beş yaş kateqoriyası üzrə 346 ifaçı, altı xor kollektivi, iki rəqs qrupu və 19 ansamblın iştirakı ilə keçirilib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Onlara diplomlar və pul mükafatları təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)