“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində həyata keçirilən tədbirlər davam edir

“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində həyata keçirilən tədbirlər davam edir

0 rəylər

Yanvarın 15-də Yasamal rayonu Heydər Əliyev Mərkəzində “Vətənpərvərlik Kino Günləri” çərçivəsində rejissor Taleh İsmayılovun Milli qəhrəman Əli Məmmədova həsr olunmuş “Taleyin sorağında” sənədli filmi nümayiş olunub. Tədbir iştirakçıları çıxış edərək qəhrəmanın həyat və fəaliyyəti haqqında məlumat veriblər.

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevə həsr olunmuş “777” sənədli film nümayiş olunub. Milli Qəhrəman Ehtiram Əliyev uşaqlara Qarabağ döyüşləri haqqında məlumat verib.

Xəzər rayonu Mərdəkan qəsəbəsi Mədəniyyət Sarayında Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş tədbirdə orta məktəbin müəllim və şagird heyəti, həmçinin Səfiyar Behbudovun döyüş yoldaşları iştirak ediblər. Yazıçı, publisist Azər Hacıbəyli Səfiyar Behbudova həsr etdiyi “Qürur dastanı” kitabını tədbir iştirakçılıarına təqdim edib. Səfiyar Behbudova həsr olunan “Qəhrəmanlıq zirvəsi” filminin təqdimatından sonra filmin rejissoru Kəmalə Musazadə filmin çəkiliş prosesi haqqında tamaşaçıları məlumat verib. 

Suraxanı rayon Bülbülə qəsəbə Mədəniyyət Evində şəhid ailələrinin, kənd sakinlərinin və məktəblilərin iştirak etdiyi tədbir təşkil olunub. Mədəniyyət Nazirliyinin əməkdaşı Elşad Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Buzovna “Cümə məscidi”nin axundu Hacı Soltan Əlizadə çıxış edərək, torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən əziz tutulduğunu qeyd edərək, qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolunun insanlara, xüsusən yeniyetmə və gənclərə yaxından tanıdılmasında bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildiriblər. Çıxışlardan sonra Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov haqqında Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “İki əsgər” sənədli filmi nümayiş olunub və böyük maraqla qarşılanıb.

Tədbirlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)