Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər

Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər

0 rəylər

Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 8-də Salyan rayonunda vətəndaşlarla
görüşündən sonra mətbuata açıqlama verib.
Nazir bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq, hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Bu gün həmçinin nazir müavinləri Neftçalada və Biləsuvarda vətəndaşları qəbul edib.
Qeyd olunub ki, görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər ümumilikdə mədəniyyətimizin inkişafına xidmət edir. Həmçinin bu görüşlər sakinləri narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: “Bugünkü qəbulda da bir neçə mühüm məsələ diqqətə çatdırıldı. Bunların sırasına ölkəmizin mədəni irsinin qorunması, bərpası, yeni aşkar olunmuş abidələrin dövlət tərəfindən qorunan daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınması, mühafizəsinin təşkili, Salyan rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər daxildir. Sevindirici haldır ki, vətəndaşlarımız yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsini zəruri hesab edir, bu istiqamətdə təşəbbüskarlıq göstərirlər.
Nazir deyib ki, Salyan rayonu Azərbaycanın mədəniyyət və ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş edib: “Onların arasında Əli bəy Hüseynzadə kimi qüdrətli mütəfəkkir, eləcə də bəstəkarlar, ədiblər var. Bu baxımdan rayonda muzey işinin gücləndirilməsi, dahi şəxsiyyətlərin fəaliyyətinin daha dolğun təbliği istiqamətində addımlar atılır”.
Nazir vurğulayıb ki, vətəndaşların bütün müraciətləri nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq.
Əbülfəs Qarayev daha sonra Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbində aparılan təmir-bərpa işləri ilə tanış olub. nazir görülən işlərlə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)