Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

0 rəylər

Azərbaycan Respublikası Prezidentinin «Üzeyir Musiqi Gününün keçirilməsi haqqında» 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə  respublikamızda  bir çox  konsertlər, tədbirlər, sərgilər  təşkil olunur.

2009-cu ildən başlayaraq  ölkəmizdə  ənənəvi keçirilən və  dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar  iştirak etmişlər.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  2016-cı il 18-27 sentyabr tarixində Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, Slovakiya, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış  musiqiçilər və kollektivlər – “Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.

Festivalın proqramı:

18 sentyabr

saat 14.00

Ü.Hacıbəylinin ev muzeyi

Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir

 

18 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Beynəlxalq Musiqi Festivalının açılışı

Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri

Bədii rəhbər və baş dirijor

Rauf Abdullayev

Azərbaycan Dövlət Xor Kapellası

Bədii rəhbər

Gülbacı İmanova

Solist

Peter Laul (Rusiya) piano

 

18 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Musiqili Teatrı

Üzeyir Hacıbəyli “O olmasın, bu olsun”

ikihissəli musiqili komediya

Dirijor Nazim Hacıəlibəyov

 

18 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Üzeyir Hacıbəyli “Leyli və Məcnun”  üçhissəli opera

Dirijor

Sevil Hacıyeva

 

 

 19 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunmuş yubiley tədbiri

 

20 sentyabr

saat 15.00

Muzey Mərkəzi

“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun

 təqdimat mərasimi

 

 20 sentyabr

saat 19.00

Kamera və Orqan Musiqisi Zalı

Gənc ifaçıların konserti

Mahir Tağızadə (bariton)

Kamilla İmanova (soprano)

Rauf Babayev (tenor)

Fatimə Cəfərzadə (soprano)

Dilarə Kərimova (piano)

Kristina Rəhimova (soprano)

 

 

21 sentyabr

saat 19.00

Kamera və Orqan Musiqisi Zalı

Orqan musiqisi konserti

Rəna İsmayılova (orqan)

Səbinə Əsədova (mezzo-soprano)

Fəridə Məmmədova (soprano)

Taleh Yəhyayev (bariton)

 

22 sentyabr

saat 17.00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Fortepiano musiqisi konserti

Bakı Musiqi Akademiyasının professoru

Ülviyyə Hacıbəyova

 

 

22 sentyabr

saat 19.00

Beynəlxalq Muğam Mərkəzi

Haqay Şaham (violin) İsrail

Yuliya Qurviç (piano) İsrail

 

 

22 sentyabr

saat 19.00

Azərbaycan  Dövlət Filarmoniyası

 “Musiqi çələngi”

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar

Cəmiyyətinin Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xoru

Dirijor

Ramil Qasımov

Solistlər

Samir Cəfərov

Anar Şuşalı

İlahə Əfəndiyeva

Cahangir Qurbanov

 Taleh Yəhyayev

 Gülnaz İsmayılova

 İnarə Babayeva  

 Zemfira İsmayılova

 Çinarə Şirin

 Ayşən Mehdiyeva

     

 

23 sentyabr

saat 14.00

Ü.Hacıbəylinin ev muzeyi

“Konsert-görüş”

Fərhad Aşumov (violin) Slovakiya

Zülfiyyə Sadıqova (piano)

 

23 sentyabr

saat 15.00

“Qarabağ” Muğam Mərkəzi

Ağcabədi rayon  “Qarabağ” Muğam Mərkəzi

F.Əmirov adna Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

Bədii rəhbər

Ağaverdi Paşayev

 

 

 23 sentyabr

saat 19.00

Azərbaycan  Dövlət Filarmoniyası

Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri

Dirijor

Yalçın Adıgözəlov

Azərbaycan Dövlət Xor Kapellası

Bədii rəhbər

Gülbacı İmanova

Solistlər

Haqay Şaham (violin) İsrail

Nina Makarova (mezzo-soprano)

 

24 sentyabr

saat 19.00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

“Furioso” kvarteti

Səid Məmmədov (violin)

Süleyman Babakişizadə (violin)

Üzeyir Mahmudbəyli (viola)

Murad İbrahimov (cello)

Kəmalə Neymanova (piano)

Hüseyn Həsənov (rəssam)

 

24 sentyabr

saat 19.00     

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

C.Verdi Bal-maskaradoperasının konsert ifası (premyera)

Dirijor

Əyyub Quliyev

 

 

24 sentyabr

saat 19.00

Azərbaycan  Dövlət Filarmoniyası

Millətlər Filarmoniyası Orkestri (Almaniya)

Dirijor və solist

Yustuz Frantz

 

25 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

22 yaşlı “Orfeon” kamera xoru dostlarla birlikdə (Türkiyə)

Bədii rəhbər

Elnarə Kərimova

 

 

25 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

F.Əmirov “ Min bir gecə” baleti

Dirijor

Əyyub Quliyev

 

 

 26 sentyabr

saat 19.00

Kamera və Orqan Musiqisi Zalı

Kamera musiqisi konserti

Natəvan Quliyeva (orqan)

Fərhad Aşumov ( violin)  Slovakiya

Zülfiyyə Sadıqova (piano)

 

 

26 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Bədii rəhbər və baş dirijor

Teymur Göyçayev

 

26 sentyabr

saat 19.00

Beynəlxalq Muğam Mərkəzi

Fortepiano musiqisi axşamı

Nərgiz Əliyarova (piano)

                                                           

27 sentyabr

saat 12.00

Xəzər Universiteti

Xəzər Universitetində ustad dərsi və konsert-görüş

Fərhad Aşumov(violin) Slovakiya

Zülfiyyə Sadıqova (piano)

 

27 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Beynəlxalq Musiqi Festivalının  bağlanışı

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor

Fəxrəddin Kərimov

Tbilisi Dövlət Konservatoriyasının Gənclər Xoru

Bədii rəhbər

Liana Çonişvili

Azərbaycan Dövlət Xor Kapellasının kiçik heyəti

Kapellanın bədii rəhbəri

Gülbacı İmanova

Solistlər

Ümidə Abbasova (violin)

Fəridə Məmmədova (soprano)

Səbinə Əsədova ( mezzo-soprano)

Fərid Əliyev  (tenor)

Anton Ferştandt  (bariton)

 

 

Aysel Mirzəsoy

Posters by Orkhan Hasanov

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)