Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək

Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək

0 rəylər

Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin müxtəlif hədəf qruplarının maraqlarını nəzərə alaraq, tamaşaçılarını növbəti yenilikləri ilə sevindirməyə davam edir.

Beləliklə, siz çərşənbə axşamı uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərslərə qatıla bilərsiniz:

10:00 - sehirli açıqcanın hazırlanması (5 AZN)

11:00 - suvenir xalçanın hazırlanması (5 AZN)

12:00 - xovsuz xalça 7 qobelenin toxunması (10 AZN)

14:30 - xovsuz xalça şəddənin toxunması (5 AZN)

15:30 - fetrdən milli nağıl qəhrəmanının əks olunduğu çantanın hazırlanması (5 AZN)

16:00 - dəri üzərində milli ornamentin nöqtə texnikası ilə çəkilməsi (3 AZN)

16:30 - milli geyim nümunələrinin yun saplarla bəzədilməsi (3 AZN)

Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir və uşaqlar öz əlləri ilə yaratdıqları nümunəni özləri ilə aparırlar.


Həftənin çərşənbə günü 12:00-da - oxu saatında balaca dostlarımızı "Bağçada güllər" müəllif nağılını dinləməyə, dördüncü gün isə muzeyin Uşaq şöbəsi tərəfindən göstərilən aşağıdakı tamaşalara baxmağa dəvət edirik:

11:00 "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşası (3 AZN)

12:00 "Tıq-tıq xanım" kukla teatrı (3 AZN)

14:30 Kilimarası "Cırtdan" tamaşası (3 AZN)

15:30 "Məlikməmmədin nağılı" tamaşası (3 AZN)

16:30 "Cırtdan" kölgə teatrı (3 AZN)

 

Cümə günü saat 17:00-da isə muzeyimizdə Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, professor Tahir Əmiraslanovun təqdim edəcəyi “Samovarın tarixi və samovar çayının faydaları” mövzusunda mühazirəyə qatıla bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyində mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət edilir, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır. 6 yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı qonaqlar üçün muzeyə giriş pulsuzdur.

Beləliklə, ziyarətçilərimiz muzeyə gəlməklə həm zəngin və yenilənmiş ekspozisiya ilə tanış ola, həm də onlar üçün hazırlanan proqramlara qatıla bilərlər. Vaxtınızı maraqlı və səmərəli keçirmək istəyirsinizsə, övladlarınızın əylənərək öyrənməsini arzulayırsınızsa, Azərbaycan Milli Xalça Muzeyinə gəlin!

Ətraflı məlumat üçün Azərbaycan Milli Xalça Muzeyinin sosial şəbəkələrdəki səhifələrini izləyə, (012) 497 20 57; (+994) 55 860 30 22 nömrələri ilə əlaqə saxlaya bilərsiniz


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)