UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təbliğat işləri aparılır

UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təbliğat işləri aparılır

0 rəylər

Məlum olduğu kimi UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə Azərbaycandan 3 şəhər Lənkəran şəhəri (2021, “qastronomiya” tematikası üzrə) Şəki şəhəri  (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı şəhəri (2019, “dizayn” tematikası üzrə) daxil edilib. 

Yaradıcı Şəhərlər Şəbəkəsinə  daxil olan şəhərlərin beynəlxalq təqdimatı və təbliği, yerli şəhər yaradıcılığı və kreativliyinin inkişafı istiqamətində Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası birlikdə sosial şəbəkə hesabları üzərindən təbliğat maarifləndirmə işlərinə start verib.  

Beləliklə, Mədəniyyət Nazirliyi və tərəfdaşları həmin postların və məlumatların milli və beynəlxalq səviyyədə populyarlaşması üçün geniş ictimaiyyəti qeyd olunan səhifələri izləməyə dəvət edir. Bununla yanaşı, adıçəkilən yaradıcı şəhərlərlə bağlı izləyicilər tərəfindən hər hansı maraqlı məzmunun  paylaşılması istəyi olacağı təqdirdə həmin məlumatları  acif@creative.az və info@gci.az elektron poçtlarına göndərilməsi xahiş olunur. 

Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan 3 şəhərin “Facebook” və  “instagram” sosial şəbəkələrindəki səhifələri təqdim olunur:

https://www.instagram.com/shekicityofcraft/

https://www.facebook.com/shekicityofcraft/

https://www.instagram.com/bakucityofdesign/

https://www.facebook.com/bakucityofdesign/

https://www.instagram.com/lankarancityofgastronomy/

https://www.facebook.com/lankarancityofgastronomy/


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)