Tələbələr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeylərə baxıblar

Tələbələr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeylərə baxıblar

0 rəylər

Daşkənd Dəmiryol Mühəndisləri İnstitutunun tələbələri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyinə baxıblar.

AZƏRTAC xəbər verir ki, tələbələr foyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgiyə tamaşa edib. Onlar Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair çap olunan nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablarla marqlanıblar.

AMM-nin əməkdaşı Kifayət Pirməmmədov tələbələrə bu haqda məlumat verib, Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Sonra tələbələrə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar hədiyyə olunub.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)