“Tədris ilinin son akkordları” adlı konsert keçirilib

“Tədris ilinin son akkordları” adlı konsert keçirilib

0 rəylər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində “Tədris ilinin son akkordları” adlı konsert keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin şagirdləri tərəfindən R.Falvo, G.Struve, Y.Çiçkov, F.Əmirov, T.Quliyev, C.Hacıyev, R.Mirişli, F.Sücəddinov və başqalarının əsərləri səsləndirilib. Konsert məktəbin xor kollektivinin ifasında F.Sücəddinovun “Heydərlə Azərbaycanım” mahnısı ilə tamamlanıb.

Sonda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin kollektivinə uğurlar arzulayıb, fərqlənən müəllim və şagirdlərə Fəxri fərmanlar təqdim edib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)