Sumqayıt Dövlət Dram Teatrında yeni layihələr

Sumqayıt Dövlət Dram Teatrında yeni layihələr

0 rəylər

2020-ci ilin ilk ayında Sumqayıt Dövlət Dram Teatrında bir neçə yeni layihə reallaşacaq. Belə ki, bu il teatrda ilk dəfə dahi Üzeyir Hacıbəylinin məşhur "O olmasın, bu olsun" komediyası yeni formatda tamaşaçılara təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Elşən Sərxan oğlu, musiqi rəhbəri Telman Qəniyevdir.

Sumqayıt Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov teatra yeni yaradıcı gəncləri cəlb etməklə, beynəlxalq teatr festivalları standartlarına uyğun bir neçə monotamaşanın da hazırlanmasının nəzərdə tutulduğunu bildirib. “Bu istiqamətdə artıq ilk addımlar atılıb. Belə ki, yazıçı Ülviyyə Heydərovanın yeni monopyesi əsasında gənc rejissor Ümid Abbasla gənc aktyor Kamran Muradlının yaradıcılıq layihəsinə start verilib”, - deyən M.Həmidov gənc və istedadlı yazarın “Uşaqlıq” adlı digər bir monopyesinə isə Xalq artisti Firudin Məhərrəmovun quruluş verəcəyini əlavə edib. Tamaşada gənc aktrisa İlahə Səfərova iştirak edəcək.

Hər iki monotamaşanın səhnə tərtibatı teatrın baş rəssamı Elşən Sərxanoğluya məxsusdur. Yeni layihələr fevral ayında sumqayıtlı teatrsevərlərə təqdim olunacaq.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)