“Sonluğun sonu”

“Sonluğun sonu”

0 rəylər

Medeniyyet.info xəbər verir ki,noyabrın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqında mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı mono-tamaşa nümayiş edildi. Mono-tamaşa növü həm aktyor və rejissorlar üçün, həm də tamaşaçılar üçün fərqli yanaşma, təəssürat mənbəyidir. “Sonluğun sonu” monotamaşasında tənha, qoca və xəstə qadının bir günlük güzəranının ab-havası onun etirafları vasitəsilə çatdırılır. Aktrisa Güşvər Şərifovanın ifası obrazın inandırıcı portretini yarada bildi. Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunan psixoloji dramın quruluşçu rejissoru və rəssamı Asiman Ağa Rövşəndir. Maraqlı, zəngin səhnə dekorasiyası və aktrisanın məharətli çıxışı tamaşanı daha da baxımlı etmişdi, teatr mütəxəssislərinin də seyr etdiyi səhnə əsəri maraqla qarşılandı.

Samirə