Şopinq həvəskarlarının gözlədiyi inanılmaz endirimlər artıq Baku Şopinq Festivalında

Şopinq həvəskarlarının gözlədiyi inanılmaz endirimlər artıq Baku Şopinq Festivalında

0 rəylər

Aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək ilk Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarının sevdiyi  mağazaları özündə  birləşdirir.  Alıcıların həvəslə alış-veriş etdiyi tanınmış  Albatros, Alexander McQueen, Bally, Balenciaga, Burberry, Burberry kids, Chloe, Corneliani, Dsquared, Dolce & Gabbana, Dolce & Gabbana Junior, Diesel, Diane Von Furstenberg, Emilio Pucci, Emporium man, Emporium Young, Emporio-Armani, Emporio Armani, Ermenegildo Zegna, Escada, Etro, Fendi, Giorgio Armani, Givenchy, Guess Guess by Marciano, Gucci, Gucci Kids, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lanvin, Pal Zileri, Ralph Lauren, Roberto Cavalli, Marina Rinaldi, Marni, Max&Co, Max&Co 2, Weekend Max Mara, Salvatore Ferragamo, Stella McCartney, St. John, Scoop, Tory Burch, BISQUE, Valentino, Red Valentino, TODS, Celio, Mango, Next, Soliton, Ideal, MAC, VIP Avia, Carlo, Pazolini, La Perla, Knock Knock Interiors və CHELEBI mağazaları artıq Bakı Şopinq Festivalının rəsmi iştirakçılarıdır.

Adları sadalanan  mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində iştirakçı mağazalarda alıcıları inanılmaz endirimlər gözləyir. Bundan başqa, alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri həmin mağazalarda Bakı Şopinq Festivalı zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bundan əlavə olaraq, Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/  linkində tanış olmaq olar. Həmin mağazalar bir ay boyunca müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin!