“Şəms” Uşaq Kukla Teatrında yeni ilin ilk tamaşası

“Şəms” Uşaq Kukla Teatrında yeni ilin ilk tamaşası

0 rəylər

10 yanvar 2019-cu il tarixində Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində nəzdində yaradılmış “Şəms” teatrı cari ilin ilk tamaşası olaraq Şəki şəhər 28 saylı Uşaq bağçasında “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılını nümayiş etdirmişdir.

Məktəbin direktoru Şəmsiyyət Əsgərovanın ssenarisi əsasında ərsəyə gəlmiş tamaşada “Xoş gəldiniz teatroya”, “Ana keçinin mahnısı”, “Çəpişin mahnısı”, “Tənbəl”, “Kim sevirsə idmanı”, “Gülüm”, “Yaxşı otur, yaxşı dur”, “Çiyələk”, “Göbələk”, “Keçim”, “Çəkic”, “Əl-ələ”, “Lay-lay”, “Xəzərim” mahnılarından və “Çobanlar”, “Xan çobanı”, “Cəngi” rəqslərinin musiqilərindən istifadə edilmişdir.

 Məktəbin müəllimlərinin də iştirak etdiyi tamaşa balacaların alqışları ilə izlənilmiş və nağıl qəhrəmanları onlara sevincli-fərəhli anlar yaşatmışlar. Sonda bağçanın direktoru Mətanət Süleymanova teatrın yaradıcı kollektivinə təşəkkürünü bildirərək bu kimi təqdimatların uşaqların mənəvi həyatının zənginləşməsi və onların musiqi duyumunun yüksəlməsində müstəsna əhəmiyyəti olduğunu qeyd etmişdir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)