“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək

“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək

0 rəylər

Mayın 24-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “YouTube” kanalında “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Tünzalə Ağayeva, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova və başqaları ifa edirlər.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)