“Qarabağ” rəqs kollektivinin Gürcüstan zəfəri

“Qarabağ” rəqs kollektivinin Gürcüstan zəfəri

0 rəylər

6 aprel 2019-cu il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Böyük Qafqaz Rəqs” kuboku yarışması keçirilmişdir. Bir neçə dövlətin (Gürcüstan, Türkiyə, Azərbaycan və Qafqaz ölkələri) iştirak etdiyi rəqs kuboku müsabiqəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi də iştirak etmişdir.

Rəqs yarışması Tbilisi Olimpia İdman Kompleksində baş tutmuşdur. Həmin tarixdə, saat 16-00 – da öz ifasını uğurla təqdim edən Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin 10 yaşlılardan ibarət 8 uşağın iştirakı ilə rəqs kollektivi “Vals” nömrəsi ilə yarışın 1-ciliyini – yarışın kubokunu və diplomlarını qazanmışdır.

7 aprel 2019-cu il tarixində Tbilisi  Şəhər Filarmoniyasında yenə bir neçə ölkənin iştirakı ilə keçirilən yarışın növbəti mərhələsində rəqs nömrəsini təqdim edən rəqs kollektivimiz yarışmanın "Təşəkkür diplomu"nu və nümunəvi çıxışları ilə seçilən kollektivlər üçün nəzərdə tutulmuş Kobuk əldə etmişdir. Beləliklə, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi yaxın gələcəkdə Gürcüstanın Batumi şəhərində baş tutacaq “Qızıl Ulduz” rəqs festivalına iştirak hüququ əldə etmişdir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)