Qala qoruğunda “Sənətkarlıq məhəlləsi” adlı festival təşkil ediləcək

Qala qoruğunda “Sənətkarlıq məhəlləsi” adlı festival təşkil ediləcək

0 rəylər

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızın ən qədim milli bayramı olan Novruz münasibətilə martın 21-22-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcək. Bayram tonqalının yandırılması, zorxana oyunları, türk döyüş növlərinin nümayişi, xınayaxdı və “face art” mərasimlərinin təşkili, “Pozitiv kids” studiyasında uşaqlar üçün əyləncəli oyunlar, bəzək əşyalarının hazırlanma prosesi, ətirli çay dəstgahı, ləzzətli səməni halvası və s. kimi milli mətbəx nümunələrimizin təqdimatı iştirakçıları əsl nağıllar aləminə apararaq Qala qoruğunun tarixi ab-havasında keçmişə qaytaracaq.

Festival günlərində şəhərimizin sakinləri və əcnəbi qonaqların şənlikdə rahat iştirakını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

Festival iki gün müddətində gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)