Portuqaliyada “Aralıq dənizi diyeti: mənbəyi, UNESCO tərəfindən qəbulu və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Portuqaliyada “Aralıq dənizi diyeti: mənbəyi, UNESCO tərəfindən qəbulu və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

0 rəylər

Portuqaliyanın Beja şəhərində “Aralıq dənizi diyeti: mənbəyi, UNESCO tərəfindən qəbulu və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə qəbul etdiyi bu proqramın üzvləri Kipr, Xorvatiya, Yunanıstan, İspaniya, İtaliya, Mərakeş və Portuqaliyadan olan ekspertlərin qatıldığı iclasda Bakıda 2013-cü ildə keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasından bu yana görülmüş işlər müzakirə olunub.

Konfrans çərçivəsində “Aralıq dənizi diyetası: qeyri-maddi mədəni irs” adlı sərgi də açılıb.

Sərgi martın 16-dək davam edəcək.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)