Özbəkistanın ölkəmizdəki səfiri Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə tanış olub

Özbəkistanın ölkəmizdəki səfiri Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə tanış olub

0 rəylər

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət edib.

Bu barədə AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Ziyarət zamanı qonaqlar Qala Qoruğu ilə yaxından tanış olub, onlara qoruğun tarixi və etnoqrafiyası haqqında geniş məlumat verilib.

Bildirilib ki, qoruq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Ərazisi 81,5 hektar olan qoruqda 300-ə yaxın memarlıq və arxeoloji abidə qorunur. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)