Özbəkistan qəzetində Azərbaycanla bağlı materiallar dərc edilib

Özbəkistan qəzetində Azərbaycanla bağlı materiallar dərc edilib

0 rəylər

Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyevin özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında məqaləsi çap edilib.

AZƏRTAC xəbər verir ki, qəzetdə həmçinin Dünya Türk yazarlar Birliyinin üzvü Tural Adışırinin Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə haqqında yazısı da verilib.

Nəşrdə həmçinin şəhid-şair Ülvi Bünyadzadənin şerlərinə də yer ayrılıb. Şerlərin tərcüməçisi Xasiyyət Rüstəm şairin həyat və yaradıcılığı haqqında da məlumat verib.

Ümumiyyətlə qəzetdə Azərbaycan şair və yazıçılarının, alimlərinin əsərlərinə müntəzəm olaraq yer ayrılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)