“Oyuq”çular “Ucalsın bayrağımız” deyəcək

“Oyuq”çular “Ucalsın bayrağımız” deyəcək

0 rəylər

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası ənənə halını alan bayram konsertlərini davam etdirməkdədir.

Studiya fəalları noyabrın 9-da “Park Bulvar” AVM-də (saat 13.00) növbəti konsertini keçirəcək.

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan konsertdə studiyanın vokalçı üzvlərinin ifalarında vətənpərvərlik mahnılarından ibarət zəngin proqram təqdim olunacaq.

“Park Bulvar” AVM ilə birgə təşkil olunan konsertin məqsədi uşaq və yeniyetmələrin bayrağa sevgisini artırmaq, bu xüsusi təqvimi yaddaqalan etməkdir.

2 saat davam edəcək konsertdə müxtəlif kompozisiyalar, məşhur nağıl və cizgi film qəhrəmanlarının kuklalarının şousu və tamaşaçılarla yarışmalar da təşkil olunacaq.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)